Azərbaycanda icbari tibbi sığorta xidmətləri göstərən sağlamlıq müəssisələrinin gəlirlərinin möhlətsiz olaraq mənfəət vergisindən azad ediləcək.
Bu barədə vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib. Nazir bildirib ki, parlamentə təqdim olunmuş vergi qanunvericiliyinə dəyişikliklərdə icbari tibbi sığorta xidmətlərinin göstərən sağlamlıq müəssisələrinin gəlirlərinin möhlətsiz olaraq mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub.