9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Bankı” şirkətlə məhkəmə çəkişməsindədir

“Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyət “Agora Baku” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Azərbaycan Sənaye Bankı” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb, bununla bağlı iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

İddia hakim Xəyalə Cəmilovanın sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər