“Azərbaycan Sənaye Bankı” ASC-nin 31 dekabr 2020-ci il tarixinə işçilərinin sayı 149 nəfər təşkil edib.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
“Azərbaycan Sənaye Bankı”nın ötən ilin sentyabrında işçilərinin sayı 151 nəfər təşkil edib ki, bu da 3 ayda 2 nəfər işçinin azalması deməkdir.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.