15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan Sənaye Korporasiyasının yeni şirkəti yaradılıb

Azərbaycan Sənaye Korporasiyasının (ASK) tərkibində yeni şirkət təsis edilib.

Banker.az xəbər verir ki, yeni yaradılan şirkət “ASK Tütün” MMC-dir.

ASK Tütün Azərbaycan Sənaye Korporasiyası ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında qeydiyyatdan alınıb.

17 sentyabr 2021-ci ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 6 148 675 manat olmaqla ona qanuni rəhbərliyi Eldar Hüseyn oğlu Məmmədovdur.

Yeni yaradılan “ASK Tütün”, öncəki “Azərtütün Aqrar Sənaye Kompleksi”nin yenidən təşkil olunması təsis edilib.

Bu da qeyd edilməlidir ki, ASK-ya məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC adlı şirkəti var və bu şirkətin də direktoru Eldar Hüseyn oğlu Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər