20 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycan sərhədyanı avtovağzallar inşa edə bilər

Azərbaycan sərhədyanı beş avtovağzal inşa edə bilər. Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev cümə axşamı jurnalistlərə bildirib.

“Biz Azərbaycanın sərhədində beş yeni avtovağzal inşa etməyi təklif edirik – Rusiya, Türkiyə, Gürcüstan, İranla bilavasitə sərhəddə bir, və birinə də Zaqatalada. Bu layihəni hökumətə təqdim emişik. Vəsait ayrılan kimi, bu ya cari ilin sonunda və ya gələn il mümkündür, tikinti işlərinə başlayacağıq”, – deyə E.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, bir avtovağzalın tikintisi təxminən 2 mln. manat həcmində qiymətləndirilir. Bununla belə, o qeyd edib ki, tikintinin maliyyələşdirilməsinə özəl investorlar da cəlb oluna bilərlər.

“İndiyədək Azərbaycanda avtovağzalların 70%-i fərdi şəxslərlə əməkdaşlıq nəticəsində inşa edilib. Biz biznes dairələri ilə yeni avtovağzalların inşasını da müzakirə edirik. Xüsusilə, türk iş adamları ilə çalışırıq. Çünki bütün beynəlxalq nəqliyyat marşrutlarımız əsasən Türkiyədən keçir”, – deyə E.Abdullayev vurğulayıb.

O əlavə edib ki, avtovağzalların inşasını 2017-ci ilin sonu və ya 2018-ci ilin birinci yarısında başa çatdırmaq planlaşdırılır.

İnterfaks Azərbaycan

Son xəbərlər
 ⁠
Digər xəbərlər