2024-cü ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 155 ölkə arasında 48.41 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə dəyişməz qalıb.
Məlumatda bildirilir ki, mobil internetin sürətinə görə birinci yeri Qətər (286.42 MB/S), sonuncu yeri isə Şərqi Timor (155.-ci yer, 3.34 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə fevralda dünyada 115-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə irəliləmədir.