2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan şirkəti 4 milyon manatlıq istiqraz buraxacaq

“Express-C” ASC istiqraz emissiya edəcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 4 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar emissiya ediləcək.

İstiqrazların illik gəlirlik dərəcəsi 12.5%, İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 24 ay, İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 aydan (üç ay 91 gün olduğunu qəbul etmək şərti ilə) bir ödəniləcəkdir.

Qeyd edək ki, “Express-C” ASC 2003-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 354 900 manatdır və qanuni təmsilçisi Zülfəli Hüseynovdur.

Son xəbərlər
Digər xəbərlər