17 iyun 2023-ci il tarixdə, saat 11:00-da “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1) ASC-nin 2022-ci il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi;
2) ASC-nin Baş direktorunun növbəti 1 illik müddətə seçilməsi;
3) ASC-nin 2022-ci il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend;
4) ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi;
5) Digər cari məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə dair materiallarla tanış olmaq üçün ASC-nin aşağıda qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlanılması xahiş olunur.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial) tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Qeyd edək ki, “Şərq-Qərb” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 589 880 manatdır və qanuni təmsilçisi Oktay Əhmədovdur.