6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Türkmənistandan neft alışını 8 dəfə artırıb

Azərbaycan 2022-ci ildən daha aktiv şəkildə 3 MDB ölkəsindən idxal etdiyi xam neftin həcmini cari ildə daha da yüksəldib.

Banker.az xəbər verir ki, Azərbaycan ilin ilk üç rübündə 3 mln. 701 min barrel həcmində xam neft alıb və bu da öncəki ilin eyni dövründən 10 dəfə yuxarı rəqəmdir.

İdxal edilmiş xam neftin dəyəri  290.1 mln. ABŞ dolları olub.

Azərbaycan neftin böyük hissəsini Türkmənistandan idxal edib. Mərkəzi Asiya ölkəsindən ilin ilk rübündə 1 mln 867.97 min barrel həcmində xam neft alıb ki, bu, illik müqayisədə 8 dəfədən yuxarı artımdır. İdxal edilmiş xam neftin cəmi dəyəri $150.65 mln. olub.

Rusiyadan neft idxalı ötən ilin iyulundan başlayıb. Cari ilin ilk rübündə şimal qonşudan 1 mln. 498.8 min barel və ya $116.12 mln. həcmində xam neft idxal edilib.

Ötən il Rusiya-Ukrayna müharibəsi səbəbindən Qazaxıstanın Qərbə çıxışı olan neft marşrutunda əngəllər var. Bu səbəbdən də ötən ilin əvvəlindən Azərbaycan üzərindən tankerlər vasitəsi ilə neftin daşınmasına başlanılıb. Ötən ilin birinci rübündə 141 733 barel həcmində ($12,3 mln.)  Qazaxıstandan neft idxal edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 349 348 barelə ($23.32 mln.) çatıb.

823742847234

 

Son xəbərlər
Digər xəbərlər