Polşa uzun müddətdən sonra Azərbaycandan neft alışını bərpa edib.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk iki ayında bu ölkəyə 90.15 min tonluq xam neft ixrac edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ixracın statistik dəyəri $57.36 mln. təşkil edib.
Bir ton neftin dəyəri Polşaya $636-ə satılıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 4.595 mln. tonluq xam nefti 2.826 mlrd. Dollara ixrac edib.