6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər

Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər.

Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı tərəflər danışıqlar aparır: “Birgə istehsalın təşkil edilməsinə dair danışıqlar ilkin mərhələdədir. Texniki-iqtisadi əsaslandırma aparılır. Bundan sonra lazım oilan investisiyanın məbləği bəlli olacaq”.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyard ABŞ dolları təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya yatırıb.

Report

Son xəbərlər
Digər xəbərlər