Azərbaycan və Ermənistan arasında komissiyaların iclaslarının və birgə işçi görüşlərin yekunları üzrə protokolların tərtib olunması qaydası məlum olub.
Bu barədə Baş nazir Əli Əsədovun təsdiqlədiyi Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası komissiyasının reqlamentində qeyd olunub.
Qaydalara əsasən, iclasların və birgə işçi görüşlərin yekunları üzrə yazılı formada iki əsl nüsxədə rus və ya razılaşma ilə ingilis dillərində protokol tərtib olunacaq.
Protokol Komissiyaların Sədrlərinin hər ikisi tərəfindən imzalanır. Protokolda “Konfidensial” qrifi qoyulduğu halda Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxsləri Sədrlər tərəfindən imzalanmış protokollara hər hansı ictimai, rəsmi istinadlardan çəkinirlər.