Azərbaycan və Ermənistan arasında universitet diplomatiyası üçün platforma yaradıla bilər.
Bunu jurnalistlərə açıqlamasında Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze bildirib.
Zurab Xonelidze qeyd edib ki, Suxumi Dövlət Universiteti Azərbaycan və Ermənistan universitetləri ilə müzakirələr aparır.
“Artıq universitet diplomatiyası üçün platforma yaradılmasına dair ilkin razılıq var. Məqsəd bütün məsələlərin müzakirəsinə imkan verən platformanın yaradılmasıdır. Münaqişələrin yaranma səbəblərini aradan qaldırmaq vacibdir”, – rektor əlavə edib.