11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və Ermənistan nümayəndələri arasında yaxın zamanda Brüsseldə danışıqlar keçiriləcək

ABŞ Dövlət Departamentinin spikeri Ned Prays yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşması üzrə danışıqlarının anonsunu verib.

Prays brifinqdə qeyd edib ki, görüş Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil olunacaq.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, “tərəflər yaxın günlərdə Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil olunmuş danışıqlar üçün toplanacaqlar”.

Prays bir daha bəyan edib ki, son aylar ərzində Bakı ilə İrəvan sülh sazişinə dair irəliləyiş əldə ediblər, fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Entoni Blinken bu barədə artıq bəyan edib.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqtonda “bu irəliləyişin davam etməsini” görməyi ümid edirlər və “bütün mümkün vasitələrlə hərtərəfli nizamlanmanın əldə olunmasına yönələn dialoq və diplomatıyanı dəstəkləməyə” davam edəcəklər.

Son xəbərlər
Digər xəbərlər