Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq arasında görüş keçirilib.
Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlıq və Koreyanın İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsi müzakirə edilib.