19 C
Baku
Sunday, May 19, 2024

Azərbaycan və Özbəkistan arasında ipək istehsalı üzrə klaster yaradılacaq

Azərbaycan və Özbəkistan Bərdə şəhəri yaxınlığında 6 rayonda ipək istehsalı üzrə klaster istehsalının yaradılması, Yevlax Pilot Aqroparkında və Ağdam Sənaye Parkında yeni emal layihələrinin həyata keçirilməsi haqqında razılığa gəlib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Daşkəndə səfəri çərçivəsində ölkələr arasında investisiya əməkdaşlığının və sənaye kooperasiyası müzakirə olunub, həmçinin ortaq layihələr üzrə bir sıra məsələlər razılaşdırılıb.

Görüş zamanı Daşkənddə zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin təşkili, həmçinin kimya sənayesi, energetika və neft-qaz sahələri üzrə əməkdaşlığın inkişafı barədə razılıq əldə olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər