9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan vətəndaşı ölkədə istirahət etmək istəyirsə, onlar üçün tariflər aşağı olmalıdır”

Azərbaycanda xarici turistlə yerli turist arasında fərq qoyulmalıdır. Yəni Azərbaycan vətəndaşı ölkədə istirahət etmək istəyirsə, onlar üçün tariflər aşağı olmalıdır. Yuxarı tariflərdən bir çox insanlar xaricə axın edir. Yəni öz ölkəsindəki tariflər digər ölkə tariflərindən daha yüksəkdir.

Misal: Qəbələ rayonunda yerləşən el arasında kanat deyilən yerdə, kanata minmək 22 manatdır amma Gürcüstanda bu 5-10 lari arasında dəyişir. Belə faktlar çoxdur, bu səbəbdən də yerli turistlər ölkədə istirahəti, digər ölkəyə dəyişir. Tariflərin yüksək olması istirahət mərkəzlərinin boş qalması ilə nəticələnir. Halbuki, sahibkar qiymətləri aşağa etməklə, daha çox vəsait qazana bilərdi və daimi də müştəri sarıdan əziyyət çəkməzdi. Tarifləri servisin aşağı salınması ilə də, endirmək düzgün deyil.

Türkiyə praktikasına nəzər yetirsək, orada xidmət səviyyəsi minimal tələblərə cavab verir, bu səbəbdən də istənilən müştəriyə uyğun istirahət mərkəzləri var. Bizdə isə əsas qazanc mənbəyi xarici turist götürülür. Yəni onların sayı çoxaldıqca, qiymətlər ildırım sürəti ilə qalxır. Azalanda isə qalxdığı formada qalır. Azərbaycanda turizm sahəsində boşluqlar çoxdur. Baxmayaraq ki, Turizm Universiteti mövcuddur. Bundan əlavə də, digər ali təhsil ocaqlarında bu sahə üzrə mütəxəssis yetişdirilsə də, vəziyyət dəyişilməz olaraq qalır.

İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər