12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan vətəndaşı ölkədən külli miqdarda xarici valyuta çıxararkən saxlanılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İrana gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Bu barədə Banker.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər