21 C
Baku
Monday, May 20, 2024

Azərbaycan xaricə spirtli içki satışından $18.6 mln. valyuta əldə edib – Bu, illik 2.4 dəfə artımdır

Azərbaycan 2023-cü ilin ilk doqquz ayında xaricə $18.65 milyonluq alkoqollu işçilər ixrac edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 136 faiz yuxarı göstəricidir. Bunun da $10.3 milyonu Rusiyaya ixrac edilib.

2022-ci ildə cəmi $7.22 milyonluq spirtli içki ixracı baş tutumuşdu.

Spirtli içkilər üzrə ixracın əsas hissəsini brendi (konyak), viski və şərablar təşkil edir. İlk üç rübdə Azərbaycan xaricə  190.66 min dkl ($6.19 mln.) konyak, 141.36 min dkl ($4.86 mln.) viski və 197.62 min dkl ($4.55 mln.) butulkalarda olan üzüm şərablar ixrac edilib.

Viskinin $4.6 milyonu və konyakın $1.1 milyonu Rusiyaya ixrac edilib.

İlin ilk üç rübü ərzində Azərbaycanın xaricə spirt ixracatı, min dekalitr

Məhsulun adı 2023 2022
 miqdarı, min dkl  məbləği, min $  miqdarı, min dkl  məbləği, min $
Konyak, qrappa, brendi və digərləri        190.66     6,194.22          90.94     2,900.42
Viski        141.36     4,864.91          18.57        583.95
Tutumu 2 litrdən az qablarda təbii üzüm şərabları        197.62     4,549.02        133.29     3,138.80
Araq          24.42     1,403.33            4.59        322.05
Köpüklənən təbii üzüm şərabları          31.41        844.30            0.22            9.07
Digər qıcqırdılmış içkilər          20.03        523.91          18.83        557.20
Digər alkoqollu içkilər            0.98          94.11            1.05        127.96
Digər təbii üzüm şərabları          22.03          86.30          56.20        215.40
Səməni pivəsi          11.23          77.27            1.30          12.05
Likörlar            0.01            2.51            0.03            9.69
Tutumu həcmi 2-10 litr qablarda təbii üzüm şərabları            0.01            0.13            0.67            7.54
CƏMI        639.76    18,640.01        325.69     7,884.13

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər