10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan xaricdən ən çox hansı malları alıb? – Siyahı

Cari ilin 11 ayı ərzində Azərbaycan xaricdən ümumi dəyəri $10 milyarddan çox (10 409 859.89) olan mal alıb. Bu malların içərisində ən böyük yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutur. Belə ki, bu kateqoriyadan olan malların alışına $2.5 milyard vəsait xərclənib. Xatırladaq ki, ötən ilin 11 ayında da xaricdən ən çox alınan mallar məhz maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idi ($2.3 milyard).

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sıralamada 2-ci yeri ötən ilin müvafiq dövründə olduğu kimi, yeyinti məhsulları tutur ($1.7 milyard).

Xaricdən nəqliyyat vasitələri və onların hissələrinin alınmasına isə 11 ay ərzində $1.2 milyard vəsait sərf olunub.

Xaricdən ən çox alınan malların siyahısında sonrakı yerləri isə qara metallar (həmçinin ondan hazırlanan məmulatlar) və əczaçılıq məhsulları tutur. Bu malların alşına xərclənən vəsait müvafiq olaraq, $782.7 mln. və $477.2 mln. olub.

Capture 3

 

Son xəbərlər
Digər xəbərlər