2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan xaricdən Aİ-92 benzinin alışını tam dayandırıb

Azərbaycan 2022-ci ilin sentyabrdan xaricdən Aİ-92 markalı avtomobil benzinin idxalını dayandırıb. Bu barədə Banker.az-ın rəsmi göstəricilərə istinadən xəbər verir.

Azərbaycan 2022-ci ilin avqustuna qədər Rusiya, Qazaxıstan, Türkmənistan və Rumıniyadan idxal edirdi. 2022-ci ilin fevral-avqust aralığında 198.79 min ton, yaxud təqribən 268,57 mln. litr həcmində Aİ-92 markalı benzin idxal edib. İdxal edilmiş benzinin idxal dəyəri isə cəmi $223.46 mln. olub.

Hesablamalar göstərir ki, Aİ-92 benzinin bir litri  0.83 ABŞ dolları, yaxud 1.41 manat təşkil edib. Hansı ki, bu benzinin qiyməti tənzimlənən qiymətlər siyahısındadır və Tarif Şurası 2021-ci ildən onun qiymətini 0.90 manatdan 1.00 manata qədər qaldırmışdı.

324342342323

Azərbaycan 2022-ci ilin avqust ayına qədər  Rumıniyadan 2.42 min ton ($3.27 mln.), Rusiyadan 136.69 min ton ($154.79 mln.), Türkmənistandan 4.28 min ton ($49.6 mln.) və Qazaxıstandan isə 3.53 min ton ($4 mln.) həcmində aşağı oktanlı olan benzin idxal etmişdi. Bu, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan göstəricilərdə deyilir.

Avqust ayında isə yalnız Rusiyadan Aİ-92 benzini idxal edib və bu 13.31 min ton         ($11.8 mln.) təşkil edib. Cəmi olaraq isə fevral-avqust ayları ərzində Rusiyadan  150.01 min ton ($166.61 mln.) həcmində bu kodda məhsuldan idxal edilib.

Aprelin 4-dən SOCAR profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlamışdı. NEZ ildə orta hesabla 1-1.2 milyon ton avtomobil benzini (2021-ci ild 1.26 milyon ton), liqroin (400.7 min ton, dizel yanacağı (2.4 milyon ton), soba mazutu (105 min ton), sürtkü yağları (49.1 min ton), neft koksu (255.3 min ton), neft bitumu (362.2 min ton), təyyarə yanacağı (490.1 min ton) istehsal edir.

Müəssisədə istehsal olunan “Aİ-92” markalı benzinin mühüm hissəsi daxili bazara yönəlir.

DSK-nin son göstəriciləri bunu deməyə əsas verir ki, artıq istehsal prosesi bərpa olunub. 2022-ci ilin yanvar-oktyabr aylarında benzin istehsalının həcmi 1.04 mln. tona yaxın olmaqla öncəki ili 0.7% üstələmiş olub.

3122

 

 

 

Son xəbərlər
Digər xəbərlər