16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan xaricdən bahalı smartfonların idxalını artırıb

Azərbaycan 2023-cü ilin birinci rübündə xaricdən 261 918 ədəd smartfon idxal edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər ki, bu da illik $74.06 milyonluq idxaldır.

İdxal edilmiş smartfonların miqdarı illik müqayisədə 15%-dən çox azaldığı halda, idxalın dəyəri 28% artıb. Bu da ölkəyə gətirilən hər bir telefonun orta statistik dəyərinin öncəki ildən baha olması deməkdir.

Ölkəyə 2022-ci ildə idxal olunan hər bir smartfonun orta statistik dəyəri $187 olduğu halda, bu, 2023-cü ilin müvafiq dövründə $283 olub.

Smartfonların 168 735 ədədi ($46.35 mln.) Çindən, 67 207 ədədi ($19.12 mln.) Vyetnamdan və 25 608 ədədi ($8.39 mln.) Hindistandan idxal edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər