2020-ci ilin ilk 10 ayında Azərbaycana 243 milyon 445 min dollar dəyərində 1 milyon 141 min 609 ton buğda idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, buğda idxalı məbləğ ifadəsində 17.5%, miqdar ifadəsində isə 17% azalıb.
Belə ki ki, 2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycana 294 milyon 985 min dollar dəyərində 1 milyon 371 min 22 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,8 %-ni təşkil edib.