Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 78 milyon 566 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Banker.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon 804 min ABŞ dolları və yaxud 29% azdır.
2019-cu ilin 11 ayında isə Azərbaycana gətirilən tütün və tütün məmulatlarının dəyəri 110 milyon 370 min dollar dəyərində olub.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0.8%-ni təşkil edib.