16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan xaricdən 402 milyon dollarlıq dərman alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 401 milyon 483 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.

8 ay ərzində Azərbaycana 20 232 ton əczaçılıq məhsulları idxal olunub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3.60%-ni təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər