Azərbaycana xaricdən bu il 1.7 milyard dollarlıq avtomobil gətirilib

2024-cü  ilin yanvar-noyabr ayında Azərbaycan 82 926 ədəd avtomobil idxal edib ki, bununda dəyəri 1 milyard 673 milyon dollarıdır.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı illik müqayisədə miqdar baxımından 7% az olsa da, dəyər baxımından 10% artıb.

Minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 9% azalaraq 74 366 ədəd təşkil edib.

Bu avtomobillərin 2 871-i (115 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 7 650 ədəd (127 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 532 ədəd (62 milyon ABŞ dolları dəyərində) olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər