9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda əhali rublu banklara satmaq üçün bahalaşmasını gözləyir

Azərbaycanda kommersiya bankları 2022-ci ilin ilk 4 ayı ərzində əhalidən 3 milyard 444.74 milyon rus rublu aldığı halda, banklar əhaliyə 826.9 mln. rubl satıblar.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Rusiya-Ukrayna münaqişəsindən sonra, ABŞ və Qərbin sərt sanksiyalarına məruz qalan Rusiyanın milli valyutası sanksiyaların şoku olduğu fevral və mart aylarında kəskin dəyər itkisinə baxmayaraq, Azərbaycanda əhali tərəfindən kəskin satışı o qədər də yüksəlməyib.

Məsələn, illik müqayisədə ilin ilk dörd ayında banklar tərəfindən əhaliyə satılan rubl azdır. Ötən ilin eyni dövründə əhali banklara 4 mlrd. 582.5 mln. rubl satmış, banklar isə əhaliyə 672.78 mln. rubl satmışdılar.

Azərbaycanda əhali rublun kəskin dəyər itkisini görəndən sonra onun daha da ucuzlaşacağından hətta ehtiyat etməyib, geridönüş üçün gözləmə mövqeyində qalıblar.

Müharibənin hələ başlamadığı – 2022-ci ilin yanvar ayında əhali banklara  1 036.9 mln. rubl satdığı halda (2021-ci ilin eni dövrü: 1 008.9 mln. rubl), müharibənin dörd gününü əhatə etdiyi fevralında  875.66 mln. rubla (1 074.1 mln. rubl), martda cəmi 222.80 mln. rubl ( 1 234.6 mln. rub) satıblar.

tvc 86aaca0209e67a4a416bb96203a5e250

Rusiyaya qarşı Qərbin “saysız-hesabsız” sanksiyalarından sonra dolların məzənnəsi mart ayına artıq 100 rublla daxil oldu və demək olar ki, sonuna qədər də bu səviyyədən üstə bitdi. Rublun məzənnəsi üçün tarixi anti-rekord mart ayının 10-da qeydə alındı. Həmin gün USD/RUB cütlüyündə məzənnə maksimum olan 137.71 səviyyələrini gördü. Qeyd edilən tarixdə Azərbaycan Mərkəzi Bankı rus rublu üçün 1 rublu 0.0126 manat rəsmi məzənnəsi ilə açıqlamışdı.

Aprel ayı başlayandan sonra isə USD/RUB cütlüyü 81 səviyyəsindən 71 səviyyəsinə qədər düşdü. Demək olar ki müharibə dövründəki itirdi dəyəri hökumətin intervensiya və inzibati müdaxilələri ilə bərpa edə bildi.

Göründüyü kimi Azərbaycanda əllərində kəskin dəyər itkisi ilə üzləşən Rus valyutasının satışına aprel ayında artırıblar. Məsələn, aprel ayında əhali banklara  1 309.4 mln. rubl satıb, banklar əhaliyə isə 159 mln. rubl satıblar.

Azərbaycanda bankların əhali ilə rus rublu mübadiləsi əməliyyatları

mln. rus rublu

 Alış  Satış  Əhalidən banklara rubl axını (və ya əksinə)
Yanvar 2021    1,008.94       139.39                                    869.55
Fevral    1,074.12       163.33                                    910.79
Mart    1,234.58       182.53                                1,052.05
Aprel    1,264.84       187.53                                1,077.31
May    1,365.26       145.80                                1,219.46
İyun    1,671.32       170.74                                1,500.58
İyul    1,751.53       182.59                                1,568.94
Avqust    1,810.86       202.11                                1,608.75
Sentyabr    1,842.65       222.64                                1,620.01
Oktyabr    1,740.46       204.87                                1,535.58
Noyabr    1,484.15       211.53                                1,272.62
Dekabr    1,479.72       231.42                                1,248.30
Yanvar 2022    1,036.89       197.54                                    839.35
Fevral       875.66       220.29                                    655.37
Mart       222.80       250.10 –                                    27.30
Aprel    1,309.40       158.99                                1,150.41

 

Son xəbərlər
Digər xəbərlər