11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda əməkhaqqı kartlarının sayı bir ayda 26 min ədəd azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20%, kredit kartları üzrə 21.4% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 mln. ədəd artıb.

Aylıq müqayisədə əməkhaqqı kartlarının sayı 26 min azalıb, kredit kartlarının sayı isə 5 min artıb.

Son xəbərlər
Digər xəbərlər