13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanda ən çox işsiz əhalisi olan şəhər və rayonlar – Tam Siyahı

2023-cü il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 230.5 min nəfər olmuş, onların 37.4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437.3 manat olub.

Banker.az ən çox işsiz əhalisi olan şəhərlərin, rayonların ilk 10-luğunu hazırlayıb.

Ən çox işsiz şəxs Bakı şəhərindədir – 39 874 nəfər. Ağdam rayonu üzrə 8 684 nəfər işsiz var.

Sumqayıt şəhərində 5 889 işsiz qeydə alınıb. Lənkəran rayonunda 5 668 işsiz var. Şəmkir rayonu siyahıda beşinci yerdə qərarlaşıb – 5 426 nəfər.

Göyçay rayonu üzrə işsizlərin sayı 4 984 nəfərdir. Zaqatala da ən çox işsizi olan bölgələrin siyahısındadır. Son rəsmi məlumatlara görə, bu rayonda 4 925 işsiz qeydiyyatdadır.

Quba rayonunda 4 854 işsiz yaşayır. Füzuli rayonunda qeydə alınan işsizlərin sayı 4 590 nəfərdir. Abşeron rayonunda 4 481 nəfər işsiz qeydiyyata alınıb.

1 3 2 3 3

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər