1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda ən iri ipoteka kreditləri hansı banklardadır? – RENKİNQ (01.01.2023)

2022-ci ildə Azərbaycanın bank sektoru daşınmaz əmlaka verdikləri kreditin həcmini artırdılar.

Bankların 1 yanvar 2023-cü il tarixinə olan məlumatına görə, bankların ipoteka kreditləri portfeli  2 milyard 985.16 milyon manata yüksəldi. Bu da son bir ildə bu portfelin 24.3% yüksəlməsidir. 2021-ci ildə artım dinamikası 19% idi.

Banker.az-ın tərtib etdiyi listdə ölkədə ən böyük ipoteka kreditləri portfelinə sahib kredit təşkilatı kimi ABB (Azərbaycan Beynəlxalq Bankı) dayanır.  Bank 2022-ci ildə bu portfeli düz 25% artırmaqla 919.94 milyon manata yüksəltdi.

İki və üçüncü sıranı müvafiq olaraq “Kapital Bank” ASC və “Xalq Bank” ASC tutur. “Kapital Bank” ipoteka krediti portfelini illik müqayisədə 43% artıraraq 416.32 mln. manata, “Xalq Bank” 36% artırmaqla 317.32 milyon manata çatdırıb.

İpoteka krediti artımında illik müqayisədə ən yüksək artım dinamikası “Ziraat Bank Azərbaycan” ASC ( 2dəfə), “Kapital Bank” (43%) və “Bank of Baku” ASC-də (39%) müşahidə edilmişdir.

 

1212312312312312312312312312312312 e1676983063750

Son xəbərlər
Digər xəbərlər