-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər

“Əgər qarşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsullarla yanaşı, yerli məhsulların da qiymətinin optimallaşdırılmasının şahidi ola bilərik”.

Bunu  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, hökumətin proqnozu ondan ibarətdir ki, 2023-cü ildə 2022-ci illə müqayisədə inflyasiyanın səviyyəsi nisbətən az olacaq.

“Belə ki, 2022-ci ildə inflyasiya 13,9 faiz olmuşdu. Ancaq ərzaq məhsullarında 20 faizə yaxın qiymət artımı qeydə alınmışdı. Bu il üçün rəsmi inflyasiya proqnozu 10,9 faizdir. İnflyasiyanın azaldılması istiqamətində hökumətin işləri daha intensiv şəkildə davam etdirməsi olduqca əhəmiyyətlidir. Həm qiymətlərin optimallaşdırılması, vətəndaşlarımızın xərclərinin azaldılması baxımından da vacibdir.

Çünki inflyasiyanın azalması həm idxal olunan, həm yerli məhsulların qiymətlərinin artımının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 2-də maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib ki, Proqnozlarda orta illik inflyasiya artımının səviyyəsinin enməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər