2 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycanda ərzaq qıtlığı yoxdur”

Dünya ictimaiyyəti ərzaq qıtlığı ilə üz-üzədir, iqlim dəyişikliklərinin təzahürləri özünü göstərir. Lakin Azərbaycan ərzaq qıtlığı ilə hələlik üz-üzə deyil.

Bunu AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda müşahidə olunan iqlim dəyişikliyinin 150 il ərzində nəticəsini göstərəcəyi gözlənilir. Buna xüsusi hazırlıq lazımdır və bunun üçün də ilk növbədə ərzaq ehtiyatı artırılmalıdır.

“10 il bundan əvvəl 1 milyard 300 milyon insan qıtlıqdan əziyyət çəkirdisə, son illərdə bu rəqəm xeyli azalıb. Belə ki, hazırda 850-900 milyon ətrafında insan aclıqdan əziyyət çəkir”.

Şöbə müdiri həmçinin bildirib ki, yoluxucu xəstəliklərin 60 faizi heyvan mənşəlidir.

“Bioloji silah kimi istifadə olunan törədicilərin 82 faizini heyvan mənşəli olanlar təşkil edir. Ət və süd məhsulları xəstlikyayma baxımından olduqca əlverişli vasitədir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər