15 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanda 16.4 milyard manatlıq satış

2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16.4
milyard manatlıq, o cümlədən 9.5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 6.9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.1 faiz, qeyri-ərzaq malları üzrə 4.0 faiz artıb.

2023-cü ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları
mallara xərclədiyi vəsaitin 52.7 faizi ərzaq məhsullarının, 4.9 faizi içkilər və tütün
məmulatlarının, 13.0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil
benzini və dizel yanacağının, 4.4 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 15.8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər