10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 2 il əvvəl yaranmış turizm şirkəti bağlandı

Azərbaycanda turizm şirkəti ləğv edildi.

Banker.az xəbər verir ki, “Butterfly Tourism” MMC-nin ümumi yığıncağı 27.02.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1012, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, ev.6, m.65 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Qeyd edək ki, “Butterfly Tourism” MMC 2019-cu ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüsal Sadıqovdur.

Son xəbərlər
Digər xəbərlər