16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda 2020-ci ildən kimlər müavinətdən məhrum olacaq?

Dəyişiklik qüvvəyə mindikdən sonra , 62 yaşına çatmış qadınlar;

*67 yaşına çatmış kişilər;

*3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar;

*ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər Sosial müavinət ala bilməyəcəklər. Bu şəxslərə ödənilən müavinətin məbləği 130 manat təşkil edirdi.

Milli Məclis Qanunda olan 1.0.2 maddəsini aşağıda qeyd olunan hissəni ləğv edir:

Əmək qabiliyyəti olmayan şəxslər – əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Onun yerinə aşağıdakı qeydlər əlavə olunacaq: 

“1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları.”;

Yuxarıda qeyd olunanlardan əsas diqqət çəkən məqam 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər sözüdür. El arasında buna qocalığa görə işləməyənlər üçün pensiya deyirlər. 2020 qocalığa görə müavinat almağı gözləyənlər üçün bu hədd götürülüb. Yəni növbəti ildən həmin şəxslər pensiya çıxmayacaqlar. Bu günə kimi müavinat alanlar, müavinat almağa davam edəcəklər. Nazirlik bu addımı sosial bərabərliklə izah edir. Yəni get işlə, sonra əmək pensiyasına çıx. Əslində bu əksinədir. Sosial qanunlarımızın 80 faizi Rusiyadan götürülsə də orada bu müavinatın verilməsi davam edir.

Qanuna diqqətlə baxsaq suallar çıxır. Tutaq ki, şəxs 2006-cı ilə kimi işləyib 20 il. İndi onun ümidi qanun icazə vermədiyi üçün qalır müavinata. Qanun 25 il sığorta stajı yoxdur, pensiya kapitalı kifayət deyil. 2006-dan -2017-ci ilə kimidə 1 qəpikdə DSMF -yə ödəniş etməyib. Deməli onun ümidi qalır, övladlarına, kişilərin ( qadınlar 62 yaşdan sonra) 67 yaşdan sonra işləməyə və ya qocalar evinə getməyə. Nazirlik belə iş tutmasını kökündən təhlil etməyib. Bunun bir sözlə izah etmək olar. Əmək pensiyasının artımını bu maddədəki qeydləri çıxarmaqla sığorta edib. Gələcək də bu böyük narazılığa səbəb olacaq. Təkrar qanuna baxacaqlar. Çünki baş soyuqla bir çox şəxslərin yaşamaq hüququ pozulur. Əmək pensiyasının artımını bu maddədəki qeydləri çıxarmaqla sığorta edib. Bunu da bununla əvəz edin. Əmək pensiyasının artımı bu maddədəki qeydlərin çıxarılması ilə sığorta edilib.

Rauf Qarayev, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər