17 C
Baku
Sunday, May 5, 2024

Azərbaycanda 2026-cı ilə kimi 60 Su Elektrik Stansiyası istifadəyə veriləcək

Azərbaycanda 2026-cı ilə kimi 60 Su Elektrik Stansiyası tikilib istifadəyə veriləcək.

Bu sözləri Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, 2030-ci ilə kimi Azərbaycan “yaşıl enerji”yə keçid edəcək: “Yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində böyük işlər görülüb. Biz ABŞ ilə bu sahədə əməkdaşlıq etməyə hazırıq və Amerika şirkətlərini Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına sərmayə yatırmağa dəvət edirik. ABŞ şirkətləri işğaldan azad edilən ərazilərdə həyata keçirilən “yaşıl enerji” layihələrində iştirak edə bilərlər. Bu layihələrin həyata keçirilməsi iqlim problemlərinin həllində mühüm rol oynayacaq”.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər