2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 3 bankın əmlakı satışa çıxarılır

30 noyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Royalbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Banker.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4 ünvanında yerləşən  (ü/s 81,32 kv.m) 62 nömrəli mənzildir. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 32000 manatdır. 

Həmçinin 30 noyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Standard Bank” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.  Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56A ünvanında yerləşən (ü/s 143,2 kv.m) eyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 300000 manatdır. 

18 noyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. Daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,03181 ha torpaq sahəsində yerləşən 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən (ü/s 259.7 kv.m) qeyri-yaşayış sahəsidir. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 770000 manatdır. 

Əmlakın 03 noyabr 2022-ci il tarixində keçirilən təkrar hərracı baş tutmamışdır. Növbəti təkrar hərrac 18 noyabr 2022-ci il tarixində saat 11:00-da keçiriləcəkdir.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27-dir. (“AVİS” aptekin arxası)

Son xəbərlər
Digər xəbərlər