10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 3 sosial islahat paketi üzrə əlavə 6 mlrd. manat vəsait ayrılıb

2019-cu ildən ötən dövrdə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcıl islahatlar 4 mln. insanı əhatə edib.  Ümumilikdə həmin dövrdə ölkəmizdə 3 sosial islahat paketi həyata keçirilib və bu paketlər üzrə illik əlavə 6 mlrd. manat vəsait ayrılıb.

Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumata əsasən, 1-ci sosial islahat paketi 2019-cu ildə həyata keçirilib və 3 mln. nəfəri əhatə edib. 2-ci sosial islahat paketi 2019-2020-ci illəri əhatə ediv. O isə 2.1 mln. nəfəri əhatə edib. 3.4 mln. nəfəri əhatə edən 3-cü sosial islahat paketi isə 2021-2022-ci illəri əhatə edib.

Bu paketlərə müvafiq olaraq 1.9 mlrd., 2 mlrd. və 2.1 mlrd. manat ayrılıb.

Son xəbərlər
Digər xəbərlər