9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 4000-dən çox ailəni işlə təmin edən, yeni təməli qoyulan 3 kənd belə olacaq – VİDEO

Azərbaycanda yeni təməli qoyulan Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin gələcək görüntüləri ilə bağlı videoçarx hazırlanıb.

Banker.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, görüntülərdə hər 3 kənddə tikiləcək mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektlərinin maketləri görüntülənib.

Belə ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin, yəni 1500 ailənin məskunlaşması planlaşdırılıb. Burada mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2 min 626 nəfərin yəni 639 ailənin məskunlaşması planlaşdırılıb. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Sarıcalı kəndi isə 1720 nəfər yəni 425 ailə üçün planlaşdırılır. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər