Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 28-də ölkə üzrə 395 ictimai iaşə obyektində 689 monitorinq keçirib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108m ünvanında yerləşən, hüquqi şəxs “Dream Touch” MMC-yə məxsus “Beverly Hills Dinner” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov küç., ev 3A ünvanında yerləşən, fiziki şəxs Umarov Osman Nadir oğluna məxsus “Novbahar” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Nəsimi rayonu, Rüstəm küç., m.11 ünvanında yerləşən, fiziki şəxs Fəsulov Siyasət Şahlar oğluna məxsus çay evi;
5. Gəncə şəhəri, Azərbaycan bayrağı küç., ev 138m ünvanında yerləşən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus “Park House” restoranı.