“Önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Bu, gündəmdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”, – o bildirib.