6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir

“Bu günə qədər Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avro investisiya yatırılıb”.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşlarındandır:

“Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”.

Nazir əlavə edib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması gözlənilir.

O bildirib ki, 2022-2026-cı illəri əhatə edən strateji plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı 60 faiz, məşğulluqda 70 faiz, qeyri-neft ixracında 40 faiz olacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər