Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “As İnşaat” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi (birinci mərhələsi) üzrə tikinti – quraşdırma işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 8 000 000 manatdır.
Qeyd edək ki, “As İnşaat” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 120 manatdır və qanuni təmsilçisi Azad Bağırlıdır.
Onu da bildirək ki, Azərbaycan Prezidenti ““Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.