25 yanvar 2022-ci il tarixdə keçirilmiş 1042-ci pul hərracında səhmləri satılmış səhmdar cəmiyyətləri haqqında məlumat açıqlanıb.
Banker.az xəbər verir ki, hərracda 9 səhmdar cəmiyyətin səhmləri satılıb.
Hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir. Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub. “Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10.07 faizlik səhm paketi isə 38 456 manata özəlləşdirilib.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
№ | Səhmdar cəmiyyətinin adı | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Satışa çıxarılmış səhmlərin nizamnamə kapitalında %-lə payı | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satılmış səhmlərin sayı | Sərəncamın №-si və tarixi | Hərraca satışa çıxarılan səhmlərin yekun (satış) qiyməti (manat) |
1 | “Ceyranbatan Dəmir Beton” ASC | Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Quliyev küçəsi 1 | 1057770 | 528885 | 0 | 2.00 | 26 | 13 | № 218 20.12.2021 | 26 |
2 | “Azərinkom” ASC | Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsi, 38 | 77799.6 | 38900 | 0 | 2.00 | 2 | 1 | № 218 20.12.2021 | 2 |
3 | “Xırdalan Nəqliyyat” ASC | Abşeron rayonu. Xırdalan şəhəri | 59230.6 | 29615 | 0.28 | 2.00 | 166 | 83 | № 218 20.12.2021 | 166 |
4 | “Şəmkir” ASC | Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 | 150418.2 | 75209 | 0.04 | 2.00 | 62 | 31 | № 218 20.12.2021 | 62 |
5 | “Olefin Elmi-Təqdiqat və İstehsalat Mərkəzi” ASC | Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 29 | 365452 | 1461808 | 0.00 | 0.25 | 13.75 | 55 | № 218 20.12.2021 | 13.75 |
6 | “Azərkəndtikinti” ASC | Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44 | 493508.6 | 987016 | 0.01 | 0.5 | 35.5 | 71 | № 218 20.12.2021 | 35.5 |
7 | “Bərdə Dəmir Beton” ASC | Bərdə rayonu, Alaçadırlı kəndi | 203509 | 1017545 | 0 | 0.2 | 2.8 | 14 | № 218 20.12.2021 | 2.8 |
8 | “Yevlax Taxılçı” ASC | Yevlax şəhəri, Ordubadi küçəsi, 56 | 763932 | 190983 | 10.07 | 4.00 | 76912 | 19228 | № 218 20.12.2021 | 38456 |
9 | “Kürdəmir Aqrotexservis” ASC | Kürdəmir şəhəri, Vaqif küçəsi, 5 | 333008 | 166504 | 30.00 | 2.00 | 99904 | 49952 | № 218 20.12.2021 | 49952 |