6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda açıq hava turizmini analiz edə biləcək araşdırmaçılara müraciət edilib

Azərbaycanda Açıq Hava Turizm potensialının və mümkünlüyünün analizi üçün şirkət axtarılır.

Banker.az bildirir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) satınlama elanınında (tender) qeyd edilib.

Əldə etdiyimiz məlumata əsasən DTA Azərbaycanda balıq ovu-balıqçılıq (fishing, fly fishing) turizm fəaliyyətlərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi, Tullanış (körpüdən tullanma, iplə tullanma və digərləri) fəaliyyətlərinin turizm növü kimi inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri, Yamac Paraşütü və Hava Şarları turizm fəaliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı məsləhət xidmətləri, qayaya dırmanma ilə bağlı məsləhət xidmətləri analiz edə biləcək şirkət axtarılır.

Açıq hava turizminin daha bir növü dəniz və çaylar üzərində reallaşdırıla bilər ki, bununla bağlı da həmin tenderdə qeyd edilib.

Azərbaycanda Dalğıc (Dayvinq) Turizm fəaliyyətlərinin qiymətləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı; kanoyinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri; ayıqla səfər ilə bağlı məsləhət xidmətləri də buna aid edilir.

Digər, ziplayn fəaliyyəti ilə bağlı məsləhət xidmətləri iknik (istirahət düşərgəsi) fəaliyyəti ilə bağlı məsləhət xidmətləri, kampinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri, raftinq fəaliyyəti ilə bağlı məsləhət xidmətləri üçün də imkanlar axtarılacaqdır.

Son xəbərlər
Digər xəbərlər