Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib.
Banker.az xəbər verir ki, Sumqayıt şəhərində dənizkənarı sahildə yerləşən “Antalya” istirahət mərkəzinin atmosferə atılan zərərli tullantıları təmizləyən müvafiq qurğusu olmadan fəaliyyət göstərdiyi aşkar olunub.
Oranın icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə protokol tərtib edilib.