Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, Kəpəz və Nizami bələdiyyələrinin əhatə etdiyi ərazi dəyişir. Belə ki, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilər – Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi olacaq. Nizami Bələdiyyəsinin əhatə etdiyi ərazilər – Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi hesab olunacaq. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.