Azərbaycanda bu gün bəzi bank kartlarına köçürmələrdə məhdudiyyətlər yaranıb.
Banker.az xəbər verir ki, bunu banklardan biri müştərilərinə bildiriş kimi göndərir.
“Hazırda bəzi bank kartlarına köçürmələrdə alan bank tərəfindən qaynaqlanan texniki məhdudiyyət yaranıb”- deyə, bildirişdə qeyd edilir.
Bildirilir ki, yaranmış çətinliyin “gün ərzində həll edilməsi” gözlənilir.