22 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bağlanan bankın 29 mln. manatlıq daşınmaz əmlakı hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq.

Bu barədə Banker.az-a Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

“22 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakı Hərrac Mərkəzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan KB “Bank Standard” QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq”, – Fonddan bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi 18A ünvanında yerləşən ümumi sahəsi 9 241,5 kv. metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 29 mln. manatdır.

Hərrac Bakı şəhəhəri, Yasamal rayonu, məhəllə 593, Ə. Salamzadə küç., 2C (3-cü mərtəbə) ünvanında keçiriləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər