20 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 350 min manata satışa çıxarıldı

18 yanvar  2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq təkrar hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki, Daşınmaz əmlak Zaqatala şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0,0127 ha torpaq sahəsində yerləşən ü/s 168,3 kv.m olan, 1 girişli, 2 mərtəbəli 167 nömrəli qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 350,000 (üç yüz əlli min) manatdır. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər